Ölkədə gedən proseslər rus qadınlarını necə dəyişdi? - VİDEO
Bizi izləyin

Bilgi.az

Ölkədə gedən proseslər rus qadınlarını necə dəyişdi? - VİDEO

Rus qadınlarının geyim və makiyaj tərzinin 100 il ərzində necə dəyişdiyini əks etdirən video hazırlanıb.

Videonun məqsədi baş verən müharibələrin, siyasi olayların, bir sözlə dünyada gedən sosial-iqtisadi proseslərin gözəllik və dəb anlayışının dəyişməsinə təsirini göstərməkdir.

Videoda Sovet İttifaqının yaradılması, Böyük Vətən müharibəsi, 60-70-ci illərdə gedən proseslər və Krımın işğalı kimi olayların rus qadınının geyim və makiyaj tərzinə necə təsir etdiyini görmək mümkündür.

Qeyd edək ki, bu "Cut Studio" tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanan 8-ci videodur. Daha öncə ABŞ, İran, Koreya, Meksika, Filippin və Hindistan qadınlarının 100 il ərzində necə dəyişdiklərini əks etdirən videolar hazırlanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm