Ürəyi zəif olanlar bu mehmanxanalara getməsin - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ürəyi zəif olanlar bu mehmanxanalara getməsin - FOTOLAR

Mehmanxana deyərkən ilk növbədə rahat otaq nömrəsi, pəncərədən açılan gözəl mənzərə yada düşür. Lakin dünyada elə mehmanxanalar mövcuddur ki, oraya əsəbi zəif olanların getməsi məsləhət görülmür. İş ondadır ki, həmin mehmanxanalar insan əlinin çatmayacağı və riskli ərazilərdə inşa edilib. Riskə getməklə qan donduran mehmanxananın pəncərəsindən gözəl bir mənzərənin şahidi olmaq mümkündür.

Publika.az ürəkli insanların yaşaya biləcəyi bir sıra mehmanxanaları təqdim edir.

İspaniya, Parador-de-Ronda

Parador-de-Ronda mehmanxanası dəniz səviyyəsindən 2460 metr yüksəklikdə keçmiş şəhər ratuşasının binasında tikilib. Adıçəkilən mehmanxana uçurumun yaxınlığındadır.

İtaliya, "Bivacco" mehmanxanası

Mehmanxana dəniz səviyyəsindən 2835 metr yüksəklikdə, Monblan dağında yerləşir. Kosmik kapsulaya bənzər mehmanxana tamamilə qar uçqunundan sığortalanıb və orada yaşamaq təhlükəsizdir. Lakin mehmanxanaya düşmək üçün 4 saatlıq dağ zirvəsinə qalxmaq lazımdır.

Kosta-Verde

Kosta-Verde ölkəsində salınan mehmanxana, təyyarədə yatmağı sevənlər üçündür. İş ondadır ki, mehmanxana 1965-ci ilin buraxılışı olan Boinq təyyarəsinin içində salınıb.

Çin, "Jade Hotel"

"Jade Hotel" Çinin Xuanşan dağında yerləşən yeganə mehmanxanadır. Turistlər bu mehmanxanaya şam ağacları və qayaları izləmək üçün gəlir. Lakin mehmanxanaya kanatlı yolla və 3 saat davam edən (60000 addım) daşlı pilləkənlə yuxarı qalxmaqla çatmaq olar.

Hindistan, Kerala mehmanxanası

Mehmanxana tropik meşəlikdə yerləşir. Oraya getmək üçün asma körpünün üzəri ilə uçurumdan keçmək lazımdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm