90 min dollarlıq "qonaq" - FOTOLAR
Bizi izləyin

Bilgi.az

90 min dollarlıq "qonaq" - FOTOLAR

Türkiyənin Hakkari vilayətində yaşayan ailə 90 min dollar qiyməti olan böcək tapıb.

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, Esentepe məhəlləsində yaşayan Özdil ailəsi iftara hazırlaşarkən evin eyvanında qəribə böcək görüblər.

4 sm uzunluğu və 6 sm eni olan böcək ailə başçısı Adil Özdilin diqqətini çəkib. Ailə internetdə araşdırma apararaq bu canlının nadir həşərat növünə aid olduğunu aşkarlayıb. Asiya qitəsində əsasən meşə sahəsində yaşayan böcəyə öz çəkisinin yüz mislinə qədər yükü götürə bildiyinə görə "Kərgədan böcəyi" də deyirlər.

Ailə latınca adı "Oryctes Nasicornis" olan böcəyi maraqlanan universitetlər üçün bir müddət evdə qoruyacağını desə də, sahib çıxan tapılmasa, təbiətə buraxmaq niyyətindədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm