92 yaşlı qadın qocalar evindən sevgilisi ilə qaçdı
Bizi izləyin

Bilgi.az

92 yaşlı qadın qocalar evindən sevgilisi ilə qaçdı

Norveçin Eydsvoll şəhərində qocalar evindən 92 yaşlı qadın qaçıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qocalar evinin əməkdaşları maşın dayanacağında yaşlı qadının əlağacını tapıb. Lakin yaşlı qadının isveçli sevgilisi ilə qocalar evindən qaçdığı məlum olduqda, onun axtarışları dayandırılıb. 92 yaşlı qadın 87 yaşlı sevgilisi ilə Stokholma yollanıb.

Qocalar evinin icraçısı deyib: "Bu, çox təsirli sevgi hekayəsidir".

Onun sözlərinə görə, qadın qanun əleyhinə heç bir hərəkət etməyib. Sadəcə olaraq, müəssisə heyətini narahatçılıqda saxlayıb.

Norveçli qadın sevgilisinin evində 9 gündür ki, yaşayır. O, qocalar evinə həftə sonları qayıtmağı düşünür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm