Evində tualet olmadığına görə qız intihar etdi
Bizi izləyin

Bilgi.az

Evində tualet olmadığına görə qız intihar etdi

Hindistanda yaşayan 17 yaşlı qız evində tualet olmadığı üçün intihar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızın valideynləri evi tualetlə təmin etmədiyi üçün qız özünü öldürməklə problemin öhdəsindən gəlib. İş ondadır ki, təbii ehtiyacını yaxınlıqdakı sahədə ödəməkdən utanan qız valideynlərinə dəfələrlə tualet tikməyi xahiş edib. Ailə isə topladıqları pulu tualet tikmək əvəzinə qızın toyu üçün saxlayıb.

Qızın ölüm xəbərinə Hindistan parlamentinin üzvü Ciqvijaya Sinqx və Hindistan milli konqersi partiyasının lideri də fikir bildirib. Siyasətçi sosial şəbəkədə yazıb: "Hindistan millət kimi oyanmalıdır və tualet tikdirməlidir".

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünya əhalisinin 1,1 milyard nəfəri heç vaxt tualetdən istifadə etməyib. Hindistanda isə əhalinin yarıdan çoxu təbii ehtiyacını küçədə ödəyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm