Elm və təhsil
Təhsil İdarəsindən oğlu qətl törədən məktəb direktoru ilə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi oğlu qətl törədən məktəb direktorunun işdən çıxarılmasına aydınlıq gətirib.
İdarənin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva öz ərizəsi əsasında işdən azad olunub.
İdarədən bildirilib ki, R.Əliyeva təqdim etdiyi ərizə əsasında təhsil naziriMikayıl Cabbarovun müvafiq əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, məktəbdə ixtisası üzrə müəllim saxlanılmaqla Bakı şəhəri 191 saylı tam orta məktəbin direktoru vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.
N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.
Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.
Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib. (report)
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır