Rusiyalı nazir Bakıda məktəb direktorları ilə görüşüb
Bizi izləyin

Elm və təhsil

Rusiyalı nazir Bakıda məktəb direktorları ilə görüşüb

Görüşdə Rusiyanın Azərbaycandakı səfiri də iştirak edib.

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva noyabrın 27-də Bakıdakı ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən, ölkəmizin təhsil müəssisələrində rus dilinin tədrisindən danışıb.

Azərbaycanda rus dilinin tədrisi ilə yaxından tanış olan O.Vasilyeva Rusiya təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Azərbaycan-Rusiya təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakının Səbail rayonundakı 6 nömrəli məktəbdə təşkil olunan tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm