Deputat Hesablama Palatasına etiraz etdi: "Dövlət siyasətinin ziddinədir"
Bizi izləyin

Elm və təhsil

Deputat Hesablama Palatasına etiraz etdi: "Dövlət siyasətinin ziddinədir"

Millət vəkili Bəxtiyar Əliyev bu gün Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəyinə etiraz edib.

Publika.az xəbər verir ki, deputat Hesablama Palatasının dövlət siyasətinə uyğun olmayan və zidd mövqe nümayiş etdirdiyini bildirib:

“Hesablama Palatasının rəyinə qulaq asdım və orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəldim. Bu rəy mənim üçün təəccüb doğurur. Bu da ondan ibarətdir ki, elm və təhsil ocaqlarından əmlak və mənfəət vergisinə cəlb olunması ilə bağlı təkliflər öz əksini tapıb. Bu gün ölkə başçısı başda olmaqla, hamı çalışır ki, müasir texnologiyalara məxsus təhsil ocaqlarına, elmin inkişafına nail olaq. Bunu etməliyik ki, hər avadanlıqdan ötəri xarici ölkələrə sifariş verməyək, öz alimlərimizin ixtirasından bəhrələnə bilək. Milli Məclis bir nəzarət qurumudur və Hesablama Palatası da ona tabe olan təşkilat kimi belə həssas məsələlərə diqqət yetirmək əvəzinə, başqa şey edir”.

Deputat qeyd edib ki, Hesablama Palatasının bu mövqeyi dövlət siyasəti ilə uyğunluq təşkil etmir:

“Əksinə, biz elmə daha çox vəsait ayırıb, onun inkişafına nail olmalıyıq”.

Xatırladaq ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılacağını bildirib.

O deyib ki, dövlət ali təhsil müəssisələrinin fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm