Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər
Bizi izləyin

Elm və təhsil

Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər

Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

Yaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Amma bu gün üçün həmin məsələnin konkret məqsəd kimi qarşıya qoyulmadığını deyən M.Vəliyevanın sözlərinə görə, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

M.Vəliyevanın sözlərinə görə, məktəblərdə təşkilinə icazə verilən fəaliyyətlər müxtəlif dərnəklərin təşkilidir ki, onların da arasında idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir: "Artıq hüquqi və fiziki şəxslər tərəfindən bu istiqamətlər üzrə fəaliyyətlərin təşkili üçün idarəyə müraciətlər edilib və müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb. Bunun da sayəsində valideynlərin əlavə ödənişləri hesabına məktəblərdə əlavə xidmətlər göstərilir".

M.Vəliyeva deyib ki, əlavə xidmətlərin qiymətləri BŞTİ tərəfindən müəyyənləşdirilir. Bu qiymətlər məktəblər üçün fərqli olur. Qiymət müəyyənləşdirilməsi zamanı məktəbin yerləşdiyi ərazi, onun sahəsi, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzərə alınır. Müəllimlərin repetitorluğu məsələsinə gəlincə bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki müəllimlərə də şamil olunacaq.

Məktəblərin fəaliyyətlərin zidd olmayan fəaliyyətlər arasında müxtəlif dərnəklərin təşkili, bura əsasən idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir. Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlər olub. Müqavilələr imzalanıb və fəaliyyətə başlanılıb. Valideynlərin əlavə ödənişləri hesabına valideynlərə əlavə xidmətlər göstərilir. Qiymətlər məktəbin yerləşdiyi ərazi, sahə, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm