Qüdrət Həsənquliyev: “Hər il ən azı 100 istedadlı gənc xaricə göndərilməlidir”
Bizi izləyin

Elm və təhsil

Qüdrət Həsənquliyev: “Hər il ən azı 100 istedadlı gənc xaricə göndərilməlidir”

“Azərbaycan hökuməti bütün maliyyə çətinliklərə baxmayaraq, hər il ən azı 100 nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərdə təhsil almağa göndərməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Deputat deyib ki, xaricdə təhsillə bağlı dövlət proqramına uyğun olaraq, 2015-ci ilədək 5 min tələbə təhsil alamalı idi:

“Ancaq bu proqram sonadək yerinə yetirilmədi və cəmi 3700 tələbə xaricdə təhsilə göndərildi. Onların da əksəriyyəti ölkəyə qaytımadı və xaricdə qaldılar. Hələ Heydər Əliyevin zamanında gənclər “inoqradnı” adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilirdi. Onların da böyük qismi keçmiş sovet ölkələrində qalırdılar. İndi onlar bizim diasporanın əsasını təşkil edirlər. Ona görə də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq, hər il 100 istedadlı gəncin xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaradılmalıdır”.

Q.Həsənquliyev repititorluq institutu ilə bağlı məsləyə də toxunub:

“Bu gün elə bir tələbə yoxdur ki, repititorsuz ali məktəbə daxil olsun. Sorğu aparsaq görərik ki, bir nəfər belə repitetorsuz ali məktəbə daxil olmayıb. Bunun səbəbi odur ki, məktəbdə müəllimlər proqram üzrə dərs keçir, repetitorlar isə test üsulu ilə keçirlər. Təhsil sahəsində islahat aparılmalıdır ki, məktəblərdə şagirdlərə test üsulu ilə dərs keçsinlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm