Nazir müəllimlərin maaşına TOXUNDU
Bizi izləyin

Elm və təhsil

Nazir müəllimlərin maaşına TOXUNDU

“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasınaəsasən həyata keçirilir”.

“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasınaəsasən həyata keçirilir”.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, bu fəaliyyəti başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirilib: “Çünki bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik. Ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri qənaətbəxş idi ki, bu da akademik nəticələrə təsir edərək ildən ilə müşahidə edilən 10 il müddətində qəbul imtahanlarının aşağı salınmasına gətirib çıxarmışdı. Bunların qarşısının alınması üçün ölkədə vahid idarətetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əmək haqlarına yaxınlaşır”.

M.Cabbarov qeyd edib ki, təhsil sahəsində digər həyata keçirilən islahat məktəbə hazırlığın əhata dairəsinin kəskin şəkildə əhatə olunmasıdır: “Artıq 2 il müddətində başlanan layihə bu ilin oktyabr ayında dövlət büdcəsi hesabına həyata keçirilən layihə kimi fəaliyyətə başlayıb. Artıq bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyətə başlayıb”.

Nazir Milli Məclisdə təhsil sahəsi ilə bağlı səslənən iradlara da münasibət bildirib: “Əsas problemlərdən biri məktəblərdə istilik sistemi ilə bağlıdır ki, burada da müxətlif fikirlər səslənib. Ölkə başçısının və Baş nazirin dəstəyi ilə Dövlət Neft Şirkəti və “Azəriqaz”la çalışaraq qazla təchiz olunmuş məktəblərdə bu məsələnin bu mövsümdə həllinə nail olmuşuq. Növbəti 2 il müddətində isə kəndlərdə yerləşən məktbələrin maddi texniki bazasının müəsiləşdirilməsi nəzərdə tutulub”.

M.Cabbarov söyləyib ki, 230-dan çox modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur: “Tələbə kredit sistemləri həyata keçirlir ki, bu il 232 məktəb direktoru region məktəblərinə təyinat alıb. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu ilin 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq. Bu ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib”.

Nazir əlavə edib ki, ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm