Elm və təhsil
123 saylı məktəbin müəllimi şagirdi təhqir etdi və...
“Bakıda 123 saylı məktəbin Kəmalə adlı müəlliməsi 3-cü sinif şagirdi Kənana dəfələrlə “səndən iyrənirəm” deyərək təhqir edib. Kəmalə, uşaqları məktəbdən iyrəndirən sizin kimi müəllim adına ləkə gətirənlərdir. İmkansız, kasıb ailənin uşağına köynəyinə görə “iyrənirəm” dediyiniz üçün ayıb olsun!”
Bu sözləri jurnalist Aytən Səfərova sosial şəbəkədə paylaşıb.
Jurnalistin bu iddiası ilə bağlı məktəblə əlaqə saxladıq. Lakin bu xəbərə münasibət bildirmək istəmədiklərini və bütün məlumatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verdiklərini dedilər.
İdarədən isə Publika.az-a bildirdilər ki, Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3 c sinif şagirdi Kənan Rufullazadəyə sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub.
“Bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib”.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!