Seks qalmaqalının qəhrəmanı olan direktor barədə qərar VERİLDİ
Bizi izləyin

Elm və təhsil

Seks qalmaqalının qəhrəmanı olan direktor barədə qərar VERİLDİ

Qalmaqallı direktor barədə qərara VERİLDİ

Şəmkir rayon Seyfəli kənd tam orta məktəblə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Bu barədə Publika.az-a Şəmkir Rayon Təhsil Şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Kənan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm