ATU-da valideynlərlə görüş və mediatur keçirilib - - FOTO
Bizi izləyin

Elm və təhsil

ATU-da valideynlərlə görüş və mediatur keçirilib - - FOTO

Yazılı imtahanlar da test imtahanları kimi rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb.

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin valideynləri və KİV nümayəndələri imtahan sessiyasının gedişini izləyib. Mediaturdan sonra universitet rəhbərliyinin valideynlərlə görüşü təşkil olunub.

Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən qış imtahan sessiyasının gedişini izləmək üçün ATU təşkil olunan mediatur zamanı KİV-lərin nümayəndələri və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər. Mediatur iştirakçılarına məlumat verilib ki, yanvarın 5-dən fevralın 1-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 3 min nəfərədək bakalavriat və magistrantın biliyi qiymətləndiriləcək. Onlardan 2420 nəfəri əyani, 535 nəfəri isə qiyabi təhsil alır.

ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, imtahanlar test üsulu ilə həm kompyuter vasitəsilə, həm də yazılı götürülür. İmtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə rektor yanında qaynar xətt və Apellyasiya komissiyası yaradılıb. Qiymətləndirmə ilə bağlı mübahisə doğuran məsələlər tələbələrin müraciəti əsasında komissiya tərəfindən araşdırılır, nöqsan aşkar olunarsa dərhal aradan qaldırılır. Yazılı imtahanlar da test imtahanları kimi rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb.

Valideynlərlə söhbət zamanı ATU-nun rektoru, professor Akif Süleymanov universitetin inkişafı istiqamətində son dövrdə görülən işlər, həyata keçirilən layihələr, yeni tədris proqramları və s. haqqında məlumat verib, valideynlərin suallarını cavablandırıb.

Valideyn və tələbələr də universitetdə imtahanların tam şəffaf və qanunauyğun təşkil olunduğunu, biliklərin qiymətləndirilməsində obyektivliyin gözlənildiyini bildiriblər. Onlar ATU-da təhsil üçün yaradılan əlverişli şəraitiə görə minnətdarlıq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm