Təhsil Nazirliyi dərsliklərlə bağlı ictimaiyyətə SƏSLƏNDİ
Bizi izləyin

Elm və təhsil

Təhsil Nazirliyi dərsliklərlə bağlı ictimaiyyətə SƏSLƏNDİ

Təhsil Nazirliyi dərsliklərlə bağlı ictimaiyyətə SƏSLƏNDİ

2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə həmin dərslik və metodik vəsaitlər http://trims.edu.az/site/search.php?search=ok&book_form_id=2 keçidində yerləşdirilib. Təqdim olunan keçiddən yerləşdirilmiş istənilən dərslik və metodik vəsaiti onlayn oxumaq, PDF variantda kompüterə yükləmək, eyni zamanda xüsusi ayrılmış sahədə təklif və iradları yazmaq mümkündür.

Təklif və iradlar [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm