Dərslikdə növbəti BİABIRÇILIQ: ürəklə ciyərin yerini səhv salan müəlliflər DANIŞDI
Bizi izləyin

Elm və təhsil

Dərslikdə növbəti BİABIRÇILIQ: ürəklə ciyərin yerini səhv salan müəlliflər DANIŞDI

Dərslikdə YENİ BİABITÇILIQ

Son aylar dərsliklərdə səhv, yarımçıq, həqiqəti əks etdirməyən məlumatların verilməsi ilə tez-tez rastlaşırıq. Bu dəfə isə səhv Kimya və Biologiya dərsliklərində aşkarlanıb. 8-ci sinif şagirdləri iddia edib ki, “Biologiya” kitabının 58-ci səhifəsində qan damar sisteminin, ürəyin quruluşunun təsvirində səhvlərə yol verilib. Belə ki, ürəyin təsvirində yuxarı baş vena damarı ağciyər arteriyası kimi göstərilib. Ağ ciyər arteriyası isə orta damarı kimi verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kimya müəllimi Sevil Nağıyeva son 5 ildə 8-ci sinif dərsliyində problemlərlə rastlaşdığını iddia edib. Onun sözlərinə görə, 2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır.

Müəllim və şagirdlər ARB televiziyasına açıqlamalarında həmçinin mövzuların sonunda verilən sualların buna uyğun gəlmədiyindən və ümumiyyətlə dərsliklərdə problemlərin çox olmasından şikayətləniblər.

Onların bu iddiaları ilə bağlı adıçəkilən dərsliklərin müəllifləri ilə əlaqə saxladıq.

Kimya dərsliyinin müəlliflərindən olan Mütəllim Abbasov müəllimin iddiası ilə razılaşmadığını deyir: “Atom kütləsi və atom çəkisi bunların ədədi ifadəsi eyni olsa da, mənaları fərqlidir. Atom çəkisi beynəlxalq anlayışdır və elektron çəkidə çəkilərkən bu ifadə işlədilir. Atom kütləsi isə oturaq tərəzidən çəkilərkən ifadə edilir. Lakin dərslikdə atom çəkisinin atom kütləsi ilə əvəz edilməsi doğru deyil. Çəki və kütlə tamam başqa mənadır. Bu kitab 200 müəllimin iştirakı ilə müzakirə edilib, səhv ola bilməz. Dərslikdəki ifadə olduğu kimi qalmalıdır. Həmin müəllimə məsləhət görərdim ki, Mendeleyevin dövrü qanununun orijinalını oxusun”.

Dərsliyin digər müəllifi Akif Əliyev də atom çəkisi ifadəsinin həmin məqamda doğru işlədildiyini deyir: “Dərslikdə yalnız Mendeleyevin dövrü qanunundan danışarkən atom çəkisi işlədilib ki, bu da doğru yanaşmadır. Çünki bu tarixi məqamdır. Lakin digər hallarda müasir tələb atom kütləsinin işlədilməsidir. Müəllim atom çəkisi ifadəsinin məhz Mendeleyev dövrü qanunundan bəhs edilərkən ifadə edildiyinə diqqət etməyib. Yəni yalnız bu kimi tarixi məqamdan danışarkən atom çəkisi işlədilə bilər. Bu dərslikdə də yalnız həmin bölmədə bu ifadə işlədilib”.

8-ci sinif “Biologiya” dərsliyinin müəllifi Nüşabə Məmmədova isə səhvlərdən xəbərdar olduğunu dedi: “Həmin şəkildə rəqəmlərin yeri səhv düşüb. 2016-cı il nəşrində artıq problem aradan qaldırılıb”.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri Asif Hacıyev son vaxtlar dərsliklərdə mübahisəli məqamlar olduğunu etiraf edir: “Konkret dərsliklərlə bağlı iddiaların doğru olub-olmamasına yalnız mütəxəssislər rəy verə bilər. Mən dərsliklərin metodoloji əsaslarına baxıram. Lakin dərsliklərdə səhvlərin aşkarlanmasını inkar edə bilmərik, bu məsələyə fövqəladə hal kimi yanaşılmasının da tərəfdarı deyilik. İlk növbədə səhvin nə ilə bağlı olduğuna baxmaq lazımdır. Müəllimlərin iradlarında haqlı olduğu məqamlar da var. Şagirdin nöqsanı aşkarlanması müsbət haldır. Bu, həm şagird, həm müəllimin bacarığından xəbər verir. Hər bir səhv dərslik müəllifi ilə müzakirə edilir. Onlar razılaşdıqları halda problem aradan qaldırılır. Hər bir dərslik ekspertizadan keçir. Bəzən diqqətdən qaçan məqamlar da ola bilər. Bir çox hallarda nəşriyyatlarda elmi redaktorların formal seçilməsi nəticəsində elementar səhvlərə yol verilir. Lakin növbəti nəşrlərdə problem mütləq aradan qaldırılmalıdır”.

Dərsliklərdə sualların mövzuya uyğun olmamasına gəldikdə, A.Hacıyev bu iradla razılaşmadığını dedi: “Müasir dərslik şagirddə tənqidi yaradıcı təfəkkür formalaşdırmalıdır. Biz sualların hamısının cavabının mətndə olmasına öyrəşmişik. Lakin yeni təlim üsulunda şagirddən axtarış, yaradıcılıq tələb edilir. Bu problemi yaşayan müəllimlər özləri yaradıcı təfəkkürə malik olmaqdıqlarına görə şikayət edirlər. Mətndə olmayan tapşırığın verilməsi normaldır”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm