Elm və təhsil
Terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin açılışı olub.
ADNSU-dan Publika.az-a verilən məlumata görə, tədbirdə millət vəkilləri, universitetin professor-müəllim heyəti, terror qurbanlarının yaxınları iştirak edib.
Terror qurbanlarının xatirəsinin daim əziz tutulduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bununla faciədə həlak olanların valideynlərinin az da olsa təsəlli tapdığına inandığını bildirib.
Barelyefin hazırlanmasında böyük xidməti olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bütün ölkəni sarsıdan bir faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin çox müsbət hal olduğunu vurğulayıb.
Bu cür barelyefin açılışı üçün rektor, M.Babanlıya minnətdarlığını bildirən millət vəkili Məlahət İbrahimqızı abidənin bütövlükdə terrora məruz qalmış azərbaycanlıların simvolu adlandırıb.
30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu deyən ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov bu cür halların bir daha baş verməyəcəyinə inandığını qeyd edib.
Daha sonra çıxış edən 30 aprel terror qurbanlarının valideynləri barelyefin hazırlanmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildiriblər.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO