Magistrlar üçün müsabiqə
Bizi izləyin

Elm və təhsil

Magistrlar üçün müsabiqə

Magistrlar üçün müsabiqə

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsi elan edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom veriləcək.

Həmçinin I yerə – 1500 manat, II yerə – 1000 manat, III yerə – 500 manat məbləğində mükafat veriləcək.

Müsabiqədə iştirak etmək üçün magistrantlar ərizə formasını müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə aprelin 15-dək AMEA Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm