Bakı Mühəndislik Universitetində MÜHÜM YENİLİK
Bizi izləyin

Elm və təhsil

Bakı Mühəndislik Universitetində MÜHÜM YENİLİK

Məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.

“Bakı Mühəndislik Universiteti yalnız ali təhsil deyil, orta ixtisas təhsili də verəcək”.

Bunu Publika.az-a açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov deyib.

S.Gözəlov bildirib ki, əvvəl bu məsələ nəzərdə tutulmasa da, universitetin ötən gün təsdiq olunan nizamnaməsində artıq orta ixtiss təhsilinin də verilməsi öz əksini tapıb: “Gəcələkdə digər universitetlərimizdə də orta ixtisas təhsili veriləcək. Məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir. Universitet kompleksi nəzdində həm kollec, həm də ali təhsil səviyyəsi də olacaq. Kollecdə yüksək göstəricili sub-bakalavr diplomu alanlar təhsillərini ali təhsil səviyyəsində də davam etdirə biləcəklər”.

Qeyd edək ki, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi ötən gün prezidentin fərmanı ilə təsdiq edilib.

Nizamnaməyə görə, universitetdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı orta ixtisas təhsili pilləsindən və ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir. Təhsil dövlət sifarişli və (və ya) ödənişli əsaslarla həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm