Müəllimlərin diaqnostik qiymətləndirilməsi qaydaları DƏYİŞİR?
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin diaqnostik qiymətləndirilməsi qaydaları DƏYİŞİR?

Təsdiq edilmiş qaydalara əsasən keçiriləcək.

Bu il müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı qaydalarında heç bir dəyişiklik olmayacaq.

Bu barədə Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.

Nazirlikdən bildirilib ki, cari ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi Təhsil Nazirliyinin 07.11.2016-cı il tarixli 723-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara əsasən keçiriləcək.

Qeyd edək ki, bu ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm