DİM-dən abituriyent və bakalavrlara müraciət
Bizi izləyin

Elm və təhsil

DİM-dən abituriyent və bakalavrlara müraciət

Dövlət İmtahan Mərkəzi abituriyent və bakavrlara müraciət edib.

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyent və bakavrlara müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, hər bir imtahan iştirakçısının "şəxsi kabinet"i olmalıdır.

“Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcəkdir) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.
Şəxsi kabinetin yaradılması və istifadəsi qaydaları ilə bu linkdən http://ekabinet.dim.gov.az/pLogin.aspx tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm