Məleykə Abbaszadə 200-dən çox abituriyentin valideyninə QƏZƏBLƏNDİ
Bizi izləyin

Elm və təhsil

Məleykə Abbaszadə 200-dən çox abituriyentin valideyninə QƏZƏBLƏNDİ

Məleykə Abbaszadə valideynlərə səsələndi

“Ötən il imtahanda iştirak üçün ərizə verən 200 abituriyentin eyni e-mail ünvandan istifadə etməsini aşkarlamışdıq”.

Publika.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu fakt bizə çox qəribə gəldi. Bunu araşdıranda məlum oldu ki, bu, hər hansı internet klubun ünvanıdır. Yəni valideynlər yoldan keçərkən təsadüfən daxil olduqları internet klubda ərizəni doldurublar. Amma bu, problemlər yaradır. Çünki biz həmin abituriyentlər əlaqə saxlamaq istəsək, mümkün olmayacaq. Çünki e-mail başqa bir şəxsindir. Yəni biz həmin abituriyentlərlə əlaqə saxlamağa çalışsaq, göndərdiyimiz məlumatı hər hansı internet klubunun sahibi oxuyacaq. Bunun səbəbi valideynlərin öz uşaqlarına etibarlılıq göstərməmələri və ərizə vermək qaydalarını kimlərəsə özgə şəxslərə həvalə etmələridir. Bu isə doğru deyil. Bu mənada valideynlərə müraciət edirəm ki, öz e-mail ünvanlarından istifadə etsinlər”, - deyə DİM sədri bildirib.

M.Abbaszadə bu ilk dəfə tətbiq ediləcək şəxsi kabinetlərdən də danışıb: “Şəxsi kabineti valideyn və abituriyentlər özləri yaratsınlar. Ali məktəbi bitirən və ya axırıncı kursda olanlar özləri şəxsi kabinetləri yaratmalıdırlar. Biz bu şəxsi kabinetlə əlaqə saxlayacağıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm