ATU elektron universitet proqramına qoşulur - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

ATU elektron universitet proqramına qoşulur - - FOTOLAR

Rektor bu məsələ ilə bağlı bir neçə şirkətlə məsləhətləşmələr aparıldığını da bildirib.

Azərbaycan Texnologiya Universiteti (ATU) elektron tədris idarəetmə sisteminin tətbiqinə başlayacaq. Bununla bağlı universitetlə "Neuron Technologies" şirkəti arasında müzakirə və məsləhətləşmələrə başlanıb.

Publika.az xəbər verir ki, şirkətdən gələn heyətlə görüşdə ATU-nun rektoru, professor Akif Süleymanov son dövrdə universitetdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən islahatlardan danışıb. O, qeyd edib ki, tədris sisteminin idarə olunmasında elektronlaşmaya keçmək də artıq bir şərt kimi qarşıda durur. Çünki bu həm zamanın tələbi, həm də ATU-da həyata keçirilən mütərəqqi işlərin ortaya çıxardığı zərurətdir. Rektor bu məsələ ilə bağlı bir neçə şirkətlə məsləhətləşmələr aparıldığını da bildirib.

"Neuron Technologies" şirkətinin direktoru İsmayıl Ələkbərov isə əvvəlcə rəhbərlik etdiyi qurumun inidyədək həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verib. Elektron universitet proqramı haqqında da danışan qonaq bu sistemə keçidin qazandıracağı üstünlüklərdən danışıb. İsmayıl Ələkbərov bildirib ki, bu sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən cəhətlər çoxdur. Belə ki, yeni sistem çoxsaylı kateqoriyalarda hesabatları bir toxunuşla əldə etməyə, dərs cədvəllərinin “çəkib dartma” üsulu ilə tərtibinə, tədris materiallarının tələbələrə audio, video və digər formatlarda onlayn çatdırılmasına, universitet kontingenti arasında sosial şəbəkə forumlarının aparılmasına, elektron imtahanların keçirilməsinə, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və yoxlanılmasına imkan yaradır.

Sistem vasitəsilə ATU-da tələbə və müəllim heyətinin qeydiyyatı və idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılacaq və elektron qaydada təşkil olunacaq. Tələbələr, həmçinin valideynlər istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilərlər.

Görüşün sonunda prosesin davam etdirilməsi məqsədilə ATU ilə "Neuron Technologies" şirkəti arasında əlavə müzakirə və məsləhətləşmələrin aparılması barədə razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm