Elm və təhsil
Dövlət İmtahan Mərkəzi: Həmin şagirdlərin nəticələri ləğv ediləcək
Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr hazırlayıb.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, tövsiyələr aşağıdakılardır:
- İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən
sənədin əslini tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və
çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi
unutmayın.
- “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec
olmayaraq imtahan binasına gəlin;
- İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər,
hesablama maşını (kalkulyator), şparqalka, alışqan, siqaret və
digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
- İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə
əyləşin;
- İmtahan başlanandan qurtaranadək imtahan zalını heç bir halda
tərk etmək olmaz;
- İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək
lazımdır;
- Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində, sual
kitabçasında və esse vərəqində yazılmış məlumatların sizə aid
olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu
barədə məlumat verin;
- Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə
oxuyun və imzanızla təsdiqləyin;
- Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamayın,
əzməyin, orada lazımsız qeydlər etməyin;
- Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış
cavab vərəqində qeyd olunmalı və yazılmalıdır;
- Sual kitabçasında heç bir hesablama və yazı yazmayın. Butün
yazılar və həllər ancaq cavab vərəqində yazılmalıdır;
- İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait
yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə
hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv
ediləcəkdir;
- Səhv cavabların nəticələri düz cavablara təsir etmir;
- Ana dilindən tapşırıqları cavablandırmaq üçün uyğun mətni
diqqətlə oxuyun;
- Ana dilindən 1-5, 11-15 nömrəli tapşırığa aid verilmiş 5 cavabdan
yalnız biri doğrudur, bu - tapşırıqları cavablandırarkən yalnız bir
cavabı nümunədə göstərilən qaydada, səliqəli şəkildə qaralayın. İki
və daha çox sayda cavab (dairə) qaralanarsa, həmin tapşırığın
cavabı səhv hesab olunacaq;
- Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar
(21-30 nömrəli) yazı işi tapşırıqlarıdır;
- Ana dili fənnindən hər bir tapşırığa verdiyiniz cavabı və
tapşırığa aid fikirlərinizi həmin tapşırıq üçün ayrılmış hissəyə
çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;
- Riyaziyyat fənnindən hər bir tapşırığın həllinin bütün
mərhələlərini və cavabını həmin tapşırıq üçün ayrılmış hissəyə
çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə
alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda
belə “0” (sıfır) balla qiymətləndiriləcək;
- Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir.
Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş
məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın.
Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə
bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;
- Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı
fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın
sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya
yazın;
- Tapşırıqları cavblandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab
vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil
verin;
- Esse (inşa) yazacaq olan şagirdlər cavab vərəqlərini və sual
kitabçasını təhvil veridikdən sonra esse vərəqini təhvil
almalıdır;
- Esse (inşa) vərəqində verilmiş üç mövzudan biri seçiləməli və
mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır;
- Esseyə (inşaya) aid plan tərtib edilməli və həmin plan əsasında
ən azı 1 səhifə (180 və ya daha çox söz) həcmində esse
yazılmalıdır;
- Həm yazı işi, həm də esse tünd-göy və ya qara rəngli diyircəkli
qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;
- Esseni yazıb bitirdikdən sonra esse vərəqi nəzarətçiyə təhvil
verilməlidir;
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO