• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Tarif Şurası qəbul imtahanlarının qiymətini açıqladı

  • Bilik
  • 6 Mart 2017 20:16
  • 1 139 Baxış
Tarif Şurası qəbul imtahanlarının qiymətini açıqladı

Tarif (qiymət) Şurasının bu gün növbəti iclası keçirilib.

Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Tarif (qiymət) Şurasının iclasında ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının təhsilini davam etdirməsini və insan kapitalının inkişafını təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə dövlət başçısının 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödəniləcəyi qeyd edilərək, dövlət başçısının bu tapşırığının əhəmiyyəti xüsusi vurğulanıb.

İclasda həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli Qərarında dəyişikliklər edilib. Belə ki, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması, konkretləşdirmə və praktikada anlaşılmazlıqların aradan qaldırılması məqsədilə yenidən dövlət qeydiyyatına alınmaq üçün ixtisaslaşdırılmış ekspertiza və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması üçün ekspertizaya görə hər əlavə doza və qablaşdırma üçün tariflər təsdiq edilib.

Göstərilənlərlə yanaşı iclasda, qanunvericiliyin təkmilləşdirilməsi, habelə, yeni məzənnə rejimi şəraitində dərman vasitələrinin etibarlı təchizatının təmin edilməsi baxımından daha çevik qiymət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a dəyişikliklər edilib.

Qərarların tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>