Elm və təhsil
Məhəbbət Vəliyeva: "Məktəblərdə pul yığılmasının təşkilatçısı elə valideynlərdir"
"Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb".
"Report" xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, nazirliyə anonimliyi istisna olmaqla daxil olan şikayətlər dərhal araşdırılır: "Məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa, dərhal reaksiya verəcəyik".
M.Vəliyevanın sözlərinə görə, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə pul yığılmasının qəti əleyhinədir: "Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Bəlkə də bir çox hallarda bu məsələlərin təşəbbüskarları müəllimlərdir, bunu istisna etmirik. Amma bu işlərin təşkilatçısı elə valideynlər özləridir. Ona görə narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq".
M.Vəliyeva qeyd edib ki, məktəblər bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdır: "Bu məsələ də nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırdıqda validenylərin ərizələri ilə rastlaşırıq. Valideynlər bildirirlər ki, biz könüllü şəkildə, istəyərəkdən müəllimizi bu və ya digər səbəbdən təbrik etmişik. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb, məktəb rəhbərliyi, müəllim tərəfindən məcburi şəkildə təşkilatçılığının əleyhinəyik. Əgər hər hansı valideyn digər validenyləri bu məsələyə məcbur edirsə biz bunun da əleyhinəyik. Hər hansı bir valideynin öz övladının müəllimini təbrik etməsində şəxsən qəbahət görmürəm. Bunlar hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq".
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub