Qənirə Paşayeva: “Bölgələrdə bağçalar və məktəbəqədər təhsillə bağlı problemlər var”
Bizi izləyin

Elm və təhsil

Qənirə Paşayeva: “Bölgələrdə bağçalar və məktəbəqədər təhsillə bağlı problemlər var”

“Bu çox vacib qanun layihəsidir və III oxunuşdan qəbul etmək lazımdır. Bölgələrdə, yerlərdə baxçalar və məktəbəqədər təhsillə bağlı problemlər var. Bu qanunun qəbulu və icrası prosesi sürətləndirə bilər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Qənirə Paşayeva deyib.

Qeyd edək ki, hazırda parlament “Məktəbəqədər təhsil haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirə edilir.

Q.Paşayeva deyib ki, qanunda "dövlət bütün imkanları yaradır" fikri var:

“Bu müsbətdir, ancaq ümumi ifadədir. Fikrimcə, özəl bağça və təhsiləqədər müsəssisələrin yaradılmasında dövlətin hansı imtiyazları yaratdığını qeyd etmək olar. Yəqin ki, icra qurumlarında bu məsələ bəlli olacaq. Məktəbələrə gedən uşaqların çoxu məktəbəqədər təhsildən kənardadır. Odur ki, qanunun qəbulu vacibdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm