Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Bizi izləyin

Elm və təhsil

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

İmtahan suallarının cavablandırılmasına imta­hanın birinci mərhələsində 2 saat 30 dəqiqə vaxt ayrılıb.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura imtahanlarının vaxtı məlum olub.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələ iyunun 4-də keçiriləcək. Birinci mərhələdə bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə­dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

İmtahanın ikinci mərhələsində bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (“Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcək). Yazı işləri və qabiliyyət imtahanının nəticəsi 50 ballıq şkala üzrə qiymətləndirilir.

İmtahan suallarının cavablandırılmasına imta­hanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsi Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhər­lərində, ikinci mərhələsi isə Bakı, Naxçıvan və Gəncə şəhər­lərində keçirilir.

Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrıca imtahana buraxılış və­rəqəsi olmalıdır. İmtahanın birinci mərhə­ləsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar aprelin 5-dən etibarən birinci mərhələ üçün, ikinci mərhələyə buraxılanlar mayın 31-dən etibarən ikinci mərhələ üçün "Baka­lavrın imtahana buraxılış və­rəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhi­fəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və­rəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir­məlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm