Elm və təhsil
9-cu sinif şagirdləri imtahan verdi
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.
DİM mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hər
iki imtahanda ümumilikdə 37230 şagird imtahan verib.
Martın 13-dən etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış
imtahanının protokollarının və cavab vərəqlərinin emalına
başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional
bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən
ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter
arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin
yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin
mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə
"scan" olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin
qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram
tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin
kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir
məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir.
Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar
və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram,
həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan
olmayan markerlərin kompüterinə göndərir.
Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq
üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı
bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın
qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında
tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən)
cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın
qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini
qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara
çıxmamalıdır. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və
inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən
nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması
nəzərdə tutulur.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının
nəticələri isə yaxın günlərdə elan ediləcək. Şagirdlər imtahan
nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə
biləcəklər.
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO