Azərbaycanda rektor vəzifəsindən azad edildi
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda rektor vəzifəsindən azad edildi

Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur. Yeni rektor artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və aradan keçən 26 il ərzində böyük inkişaf yolu keçib. Universitetin öncəliyi qabaqcıl təcrübədən istifadə olunmaqla modern dünyanın tələbləri ilə səsləşən və ölkənin dinamik inkişafına cavab verən kadr hazırlığının həyata keçirilməsidir.

Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.

Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və kredit mobilliyini həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm