Magistratura və rezidenturaya qəbul olmaq istəyənlər üçün son gün
Bizi izləyin

Elm və təhsil

Magistratura və rezidenturaya qəbul olmaq istəyənlər üçün son gün

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır. 

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatır.

Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında bu saata qədər magistratura üzrə cəmi 12378 nəfər ərizəsini təsdiq edib, onların 11192 nəfəri Azərbaycan, 1186 nəfəri rus bölməsinin mərzunlarıdır.

Rezidentura üzrə cəmi 1028 nəfər ərizəsini təsdiq edib, onların 893-ü Azərbaycan, 135- I isə rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, sənəd qəbulu martın 17-də başa çatmalı idi. Lakin müəyyən səbəbləri nəzərə alaraq Dövlət İmtahan Mərkəzi ərizə qəbulunun vaxtını martın 28-i saat 23:59-dək uzadıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm