“Abay” kitabı təqdim olundu
Bizi izləyin

Elm və təhsil

“Abay” kitabı təqdim olundu

Ortaq layihə əsasında işıq üzü görüb.

Bakı Dövlət Universitetinin Abay Kunanbayev adına Qazax Mərkəzində “Abay” kitabının təqdimat mərasimi keçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, kitab Türkdilli Ölkələrin Parlament Asambleyası, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin ortaq layihəsi əsasında işıq üzü görüb.

Təqdimat mərasimində çıxış edən rektoru Abel Məhərrəmov böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin Azər­bay­can di­linə tərcümə olunmuş əsərlərinin toplandığı kitabı yüksək dəyərləndirib. Kitabın nəşrinin Azərbaycan-Qazax ədəbi əlaqələrinin inkişafı istiqamətində növbəti böyük hadisə olduğunu, Abayın müxtəlif dövrlərdə Azərbaycan şairləri tərəfindən tərcümə edilmiş onlarla şeiri və üç poemasının latın qrafikası ilə çap olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

Qazaxıstanla ölkəmiz arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən rektor son illər prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində münasibətlərin daha yüksək səviyyəyə çatdığını qeyd edib. Bakı Dövlət Universiteti ilə Qazaxıstan universitetlərinin əlaqələrindən də bəhs edən rektor 2011-ci ilin may ayında BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyətə başladığını, Bakı Dövlət Universitetinin də bilavasitə iştirakı ilə Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev Mərkəzinin açıldığını diqqətə çatdırıb.

Tədbirdə Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, professor Firuzə Ağayeva, kitabın tərtibçisi, dosent Fatimə Dursunova Abay yaradıcılığının tədqiqi, tədrisi və tərcümə məsələlərindən danışıblar. Bildiriblər ki, Abay yaradıcılığının zirvəsi hesab edilən "Əqliyyə" fəl­­səfi-didaktik əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib, kitabın elektron versiyası hazırlanaraq elektron resurslara daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm