Elm və təhsil
AMEA-da bu vəzifələrə seçkilər keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın Ümumi yığıncaqları və seçkilərin keçirilməsi məsələləri müzakirə olunub.
AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin
Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, akademiyanın
Ümumi yığıncaqlarının bu ilin 28 aprel və 2 may tarixlərində
keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul
edib.
İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə
gündəlikdə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və
elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Azərbaycan
Respublikasının Nizami Gəncəvi andına Qızıl medalının və AMEA-nın
adlı mükafatlarının təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə,
vitse-prezidenti vəzifəsinə və AMEA-nın İctimai Elmlər,
Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi
vəzifəsinə seçki məsələləri yer alır.
İclasda həmçinin Ümumi yığıncaqların müzakirəsinə çıxarılacaq
məsələlərə aid materialların hazırlanması, seçkilərin
keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi,
tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı
struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK