Rumıniyalı alimlər BDU-da
Bizi izləyin

Elm və təhsil

Rumıniyalı alimlər BDU-da

Rumıniya universitetlərinin nümayəndələri Bakı Dövlət Universitetində olub.

BDU-dan Publika.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.

Birinci Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində baş tutan görüşdə Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku iştirak edib.

Görüş Kimya, Biologiya, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin mütəxəssisləri ilə davam edib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan-Rumıniya Universitetlərarası Forumu mayın 24-də öz işinə başlayıb və Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm