Nazir müavini: “Tələbələrin fikirləri nəzərə alınmaqla qərar qəbul ediləcək”
Bizi izləyin

Elm və təhsil

Nazir müavini: “Tələbələrin fikirləri nəzərə alınmaqla qərar qəbul ediləcək”

Azərbaycan Dillər Universitetində tələbələrin bütün səslənən fikirləri nəzərə alınmaqla ölçülüb-biçilən qərar qəbul ediləcək.

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, tövsiyələr ali məktəbin elmi şurasına veriləcək.

Nazir müavini qeyd edib ki, sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: “İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarlara, prosedurları qəbul etməli və hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli bir fikirlər varsa dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir. Sadəcə Təhsil Nazıirliyinin və ali məktəbin hansısa qərarı verərkən əsas amalı onun divarlarından çıxan tələbələrin maksimum dərəcədə hazırlıqlı olması, gələcəkdə rəqabətli mühitdə əmək bazarının imkanına malik olmalarıdır”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm