• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

ADU müstəqil siyasət prinsipinə keçdi - FOTOLAR

  • Bilik
  • 19 İyun 2017 16:20
  • 376 Baxış
ADU müstəqil siyasət prinsipinə keçdi - FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində yeni rektor Kamal Abdulla rektoratlıq konfransı keçirib.

Publika.az xəbər verir ki, tədbirin məqsədi prezidentin ADU-nun yenidən təşkil edilməsi haqqında imzaladığı sərəncamın və dəyişikliklərin həyata keçirilməsi ilə bağlı tapşırıqların müzakirəsi olub.

Rektorluq, dekanlıq, tələbə və media namayəndələrinin də iştirak etdiyi tədbiri açıq elan edən Kamal Abdulla bu sərəncam əsasında universitetin nizamnaməsinin yenidən qurulacağını bəyan edib.

Rektor bildirib ki, sərəncamın əhatə etdiyi məsələlər universitetin yeni idarəetmə sistemi, statusu və maddi-texniki təminatıdır. Bu problemlərin həlli sadə və mərhələli şəkildə həyata keçiriləcəyi təqdirdə, universitet idarəetmə sistemində müstəqil fəaliyyət göstərəcək və gələcək siyasətində yeni üfüqlər açacaq.

Universitetin tədris işləri üzrə rektor müavini Əfqan Abdullayev öz çıxışında sərəncamın əhatə etdiyi məsələlərə toxunub.

“Azərbaycan Dillər Universiteti 2-ci universitetdir ki, prezident publik hüquqi şəxslər haqqında sərəncam imzalayıb. Sərəncamın bizə verdiyi müstəqil fəaliyyət çərçivəsində yeni sənədlər hazırlayır və universitetin yeni nizamnaməsi üzərində işləyirik. Universitetin hazırki məqsədi idarəetmədə mərkəzdən kənarlaşmaqdır. Yəni, hər hansı problemin işıqlandırılması və həlli barədə heç bir qurumun müdaxiləsi olmadan həmin problemi araşdırmaq və həll etmək hüququ tamamilə universitetin daxili məsələsi olacaq. ADU beynəlxalq təcrübəyə əsaslanaraq, “fəaliyyət müstəqilliyi” prinsipini həyata keçirəcək.

Sərəncama riayət olunmaqla idarəetmə mexanizmində olan ağırlıq aradan qaldırılacaq və sadə, işlək mexanizm yaradılacaq. Bununla da, publik hüquqi şəxslərin sərbəstliyi ilə yanaşı, məsuliyyəti, təsir dairəsi artacaq.

Bu sərəncam universitetə maliyyə-təsərrüfat fəaliyyətində də müstəqillik verir. Belə ki, universitet artıq rahat bir şəkildə şirkətlər, qurumlar tərəfindən maliyyələşə biləcək”.

Daha sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq kafedrasının müdiri Sevdagül xanım çıxış edərək sərəncamla bağlı prezidentə təşəkkür edib və üzərlərinə düşən məsuliyyəti can-başla yerinə yetirəcəklərinə dair söz veriblər.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Kamal Abdulla universitetdə edəcəyi dəyişikliklər haqqında danışıb.

“Universitetin xarici universitetlərlə tələbə mübadiləsi siyasəti prioritet məsələlər içində qalacaqmı” sualına rektor belə cavab verib:

“Azərbaycan Dillər Universiteti xarici universitetlər arasında hər zaman prestiji ilə seçilib. Bundan sonra da xarici əlaqələr qurmağa davam edəcək və tələbə mübadiləsini keyfiyyətli bir şəkildə aparacağıq.”

Son məqsədin keyfiyyətli kadr, perspektivli gələcək, ideal idarəetmə sistemi yaratmaq və Azərbaycan təhsilinə yeni metodlar, yeni baxış bucaqları gətirməklə öz töhfəsini vermək olduğunu bildirən rektor sərəncamın imzalanması ilə bağlı prezidentə təşəkkür məktubu yollayacağını bildirib.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>