Bu il vakant müəllim yerlərinin sayında artım olacaq - (YENİLƏNDİ)
Bizi izləyin

Elm və təhsil

Bu il vakant müəllim yerlərinin sayında artım olacaq - (YENİLƏNDİ)

Bu il müəllimlərin işə qəbulunda vakant yerlərin sayı rekord sayda olacaq.

Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulunda dəyişiklik ediləcək:

“Əvvəl vakant yerlər yerli təhsil şöbələri tərəfindən müəyyən edilirdisə, artıq bu məsələ Təhsil Nazirliyi ilə birlikdə müəyyən ediləcək. Bununla bağlı yerli təhsil idarəetmə orqanları əməkdaşları da Təhsil Nazirliyinə dəvət edilir. Vakant yerlər müəyyən edilərkən məktəblərdə ümumi dərs yükü, müəllimlərin sayı müəyyən edilir. Bu ildən vakant yerlərin sayı Təhsil Nazirliyində müəyyən edilir. Artıq nazirlik hansı məktəbdə neçə müəllimə ehtiyac olmasını müəyyən edəcək”.

E.Bağırov işə qəbulda ən çox vakansiyaların hansı fənlər üzrə də olmasına aydınlıq gətirib:

“Vakant yerlər ibtidai sinif, texnologiya, təsiviri incəsənət fənləri üzrədir. Lakin ingilis dili, Azərbaycan dili fənlərinə şəhər məktəblərində sıxlıq olduğu üçün vaklansiya azdır. Məsələn, 2015-ci ildə Bakıda ingilis dili ixtisası üzrə müəllimlərə 1 yer verilmişdisə, bu il say 20 olacaq. İbtidai siniflər üzrə bu il Bakı şəhərində 500-ə vakant yerin olması nəzərdə tutulur".

C.Valehov isə bəzi regionlarda vakansiyaların bu il 10 dəfə artdığını deyib:

“Bu o deməkdir ki, müəllimlərin işə qəbulunda əhəmiyyətli artım görə biləcəyik”.

E.Bağırov bildirib ki, ötən il işə qəbul imtahanında yüksək nəticəsi olan müəllimlər müsabiqə mərhələsinə qoşula biləcəklər: "Bu il seçim imkanları artdığına görə onlar uyğun iş imkanı əldə edəcəklər. Əlbəttə, bu il onların seçdikləri vakansiyalar üzrə daha çox bal toplayan müəllimlər olsa, seçimdə ən yüksək nəticə göstərən müəllimə üstünlük veriləcək".

***

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ərizə qəbulunun vaxtı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyində bu gün müəllimlərin işə qəbul və is yerini dəyişməsi ilə bağlı keçirilən tədbirdə İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ərizə qəbulu iyulun 1-dən 14-dək keçiriləcək. “Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm