Nazirlik Bakı və Abşerondan olmayan İŞÇİ AXTARIR
Bizi izləyin

Elm və təhsil

Nazirlik Bakı və Abşerondan olmayan İŞÇİ AXTARIR

Təhsil Nazirliyi “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə elan edib.

Nazirlikdən Publika.az-a bildirilib ki, müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədi daşıyır.

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə ali təhsilli, təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi və bölgələrdə təhsil sahəsində çalışmaq istəyi olanlar iştirak edə bilər.Müraciət üçün son tarix iyulun 20-dir.

Namizədlər I mərhələdə http://bit.ly/2sE7lt5 linki vasitəsilə elektron qeydiyyatdan keçəcək, II mərhələdə müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndiriləcək, III mərhələdə hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm