Elm və təhsil
Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Test imtahanlarının Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında mərhələli şəkildə keçiriləcəyini bildirən sektor müdirinin sözlərinə görə, vakansiyalar bu həftə elan ediləcək: “Bundan sonra isə test imtahan mərhələsinin keçirilməsinə başlanılacaq. Bu il minlərlə vakansiyanın təqdim olunması gözlənilir. Vakansiyaların da sayı artmaqdadır. Bütün regionlarda, bütün ixtisas fənləri üzrə - istər Azərbaycan dili-ədəbiyyat, istər kimya, istər riyaziyyat, istərsə də fizika və digər bütün fənlər üzrə vakansiyalar təqdim olunacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizəsini təsdiq edib. (apa)
-
Region18:38
Ərdoğan: Türkiyə Qarabağ imtahanından alnıaçıq çıxıb
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq