Paytaxtda yeni məktəb binaları tikilir
Bizi izləyin

Elm və təhsil

Paytaxtda yeni məktəb binaları tikilir

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

İdarədən Publika.az-a verilən məlumata görə, hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur.

10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.

Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta, 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm