Yanğına görə imtahan verə bilməyən ABİTURİYENTLƏRƏ YENİ XƏBƏR
Bizi izləyin

Elm və təhsil

Yanğına görə imtahan verə bilməyən ABİTURİYENTLƏRƏ YENİ XƏBƏR

"Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda yanğın səbəbindən iştirak edə bilməyən abituriyentlərin hamısı növbəti imtahanda iştirak edəcək".

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

Onun sözlərinə görə, iyulun 27-də həmin abituriyentlər üçün keçiriləcək imtahanda suallar əvvəlki imtahan səviyyəsinə uyğun olacaq: “Çətinlik dərəcəsinə görə suallar iyulun 22-dəki imtahana uyğun olacaq və hər bir abituriyentə yeni sual kitabçaları təqdim ediləcək. Ənənəvi imtahan qaydalarına uyğun olaraq bu abituriyentlər imtahan verəcək”.

Abituriyentlər sabahdan imtahana buraxılış vəsiqələrini götürə biləcəklər.

Qeyd edək ki, iyulun 22-də I və IV ixtisas qrupları üzrə Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı yanğın baş vermişdi. Abituriyentlər binadan təxliyə edilmişdi, 9 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm