İmtahan nəticələri açıqlandı – 3 nəfər 700 bal topladı
Bizi izləyin

Elm və təhsil

İmtahan nəticələri açıqlandı – 3 nəfər 700 bal topladı

DİM I və IV ixtisas qruplarının abituriyentləri üçün iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 27962* abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməmişdir. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcəkdir. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm