Dövlət İmtahan Mərkəzi tender keçirir
Bizi izləyin

Elm və təhsil

Dövlət İmtahan Mərkəzi tender keçirir

Dövlət İmtahan Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortası üzrə Açıq Tender elan edir.

DİM-dən Publika.az-a verilən məlumata görə, tenderdə iştirak haqqı 500 manatdır.İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və avqustyun 21-i saat 16:00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə sentyabrın 6-dək saat 17:00-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küşəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri, iddiaşıların özlərinə qaytarılacaqdır və onlar tenderdə iştiraka buraxılmayacaq.

Təklif zərfləri 7 sentyabr 2017-ci il saat 11:00-da yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küşəsi 1M) açılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm