Bugünkü imtahanın düzgün cavabları açıqlandı
Bizi izləyin

Elm və təhsil

Bugünkü imtahanın düzgün cavabları açıqlandı

İyulun 27-də keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün iyulun 27-də keçirilən yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Qeyd edək ki, yanğın zamanı binada 800-dən çox abituriyent olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm