Elm və təhsil
“Azərsu”da doktorantlar hazırlanacaq
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq.
ASC-dən Publika.az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib. Dəyişikliklərə görə, bir sıra təhsil müəssisələri ilə yanaşı, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib.
İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin texnologiyası və mühəndisliyi, eləcə də hidrologiya ixtisasları üzrə aparılacaq.
Qeyd edək ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda su sektorunda müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üzrə təhsilin doktorantura pilləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkədə istehlakçıların 24 saat fasiləsiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər uğurla davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində yeni sutəmizləyici qurğular, su anbarları, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Bütün həyata keçirilən layihələr elmi nailiyyətlərə və innovativ texnologiyalara əsaslanmaqla həyata keçirilir.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı