BDU-da Dinşünaslıq ixtisasına qəbul dayandırıldı
Bizi izləyin

Elm və təhsil

BDU-da Dinşünaslıq ixtisasına qəbul dayandırıldı

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb.

Bu barədə Publika.az-a universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

O bildirib ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.

Lakin 2017/2018-ci tədris ili üçün İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. İxtisasın magistr pilləsi üzrə qəbulu isə bu il də olacaq.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm