Elm və təhsil
669 bal topladı, universitetə qəbul ola bilmədi - Azərbaycanda inanılmaz hadisə
Bu il qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyiblər.
Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbulda test
mərhələsindən məqbul bal toplayaraq müsabiqə mərhələsinə buraxılan,
amma kəsilən abituriyentlərin sayı az deyil: "I ixtisas qrupu üzrə
350-dən yuxarı bal toplayan 23, 400-dən çox bal toplayan 4, 500-dən
çox bal toplayan 2 nəfər, II ixtisas qrupu üzrə 350-dən yuxarı bal
toplayan 31, 400-dən çox bal toplayan 16, 430-dan yuxarı bal
toplayan 3 nəfər, III ixtisas qrupu üzrə 350 baldan yuxarı toplayan
192, 400-dən çox bal toplayan 57, 500 baldan yuxarı toplayan 14
nəfər , IV qrup üzrə 350 baldan yuxarı toplayan 73, 400-dən çox bal
toplayan 51, 500 baldan yuxarı toplayan 17 nəfər abituriyent ali
məktəblərə qəbul ola bilməyib".
Təhsil eksperti əlavə edib ki, universitetə qəbul olmayan
abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var:
"III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV
ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan
yuxarı bal toplayan 1 nəfər kəsilib".
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin ixtisas seçimində səhvə yola vermələridir: "Abituriyentlər kodlaşdırma əsnasında keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər". (lent.az)
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO