Elm və təhsil
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub
Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini avqustun 21-də elan edib.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 olub. Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100% yerinə yetirilib.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri ilə buradan daha ətraflı tanış ola bilərsiniz.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!