Növbəti tədris ilində yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq
Bizi izləyin

Elm və təhsil

Növbəti tədris ilində yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq

“Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"ya müsahibəsində deyib.

O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da yəqin ki, sentyabr ayında ictimiyyətə təqdim olunacaq”.

DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir: “Gələn il keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələn ilki məzunlar daha yaxşı nəticə göstərəcək. Həmçinin, əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik”.

M.Abbadszadə deyib ki, bu ilin qəbul imtahanında 500-dən çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: "Keçən il bu rəqəm 12, 6 faiz olub. Yəni, 13 faiz artım qeydə alınıb. Keçən il 11 030 nəfər 0-100 arası bal toplasa da, bu il 11 999 nəfər belə nəticə göstərib". (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm