İmtahan nəticələri elan edildi
Bizi izləyin

Elm və təhsil

İmtahan nəticələri elan edildi

Sentyabrın 16-da keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da keçirilən əlavə imtahanların nəticələrini elan edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər qurumun internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 19 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm